"Turan Tovuz" sabiq kapitanı Şəhriyar Əliyevin danışıq apardığı komandalardan biri müəyyənləşib. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Təcrübəli müdafiəçi karyerasını "Şamaxı"da davam etdirə bilər.

Belə ki, oyunçu bölgə təmsilçisi ilə danışıq aparır.

Tərəflər razılığa gələcəyi təqdirdə, Əliyev növbəti mövsüm "Şamaxı"nın uğurları üçün çalışacaq.