Tanınmış türkiyəli mütəxəssis Volkan Dəmirəl Azərbaycanda işləməyə müsbət yanaşır. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, veteran futbolçu adı açıqlanmayan Bakı klublarından birinin "sükanı arxasına" keçə bilər. 

Mənbənin sözlərinə görə, o, Azərbaycanda işləmək üçün illik 1, 5 milyon dollar istəyib.

Qeyd edək ki, Volkan Dəmirəl son olaraq Superliqada "Gənclərbirliyi"ni çalışdırıb.