Çelsi" "Nyukasl"ın müdafiəçisi Luis Hollu transfer etməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
21 yaşlı futbolçu "zadəganlar"ın akademiyasının yetirməsidir. O, 2023-cü ildə "Nyukasl"a icarəyə verilib və sonda "sağsağanlar"ın tam heyətli oyunçusu olub. Müqaviləyə əsasən, "Nyukasl" bu keçidi reallaşdırmaq üçün 28 milyon funt sterlinq nağd və 7 milyon funt sterlinq isə bonus ödəməli olub.
"Çelsi" digər sol cinah müdafiəçisi Mark Kukurellanın satışından sonra Hollu geri qaytarmaq üçün səylərini artırıb.
"Çelsi"dən başqa, Hollu "Mançester Yunayted", "Mançester Siti", "Liverpul" və "Arsenal" izləyir. "Nyukasl" da müdafiəçini sıralarında saxlamaq istəyir.
Qeyd edək ki, Holl ötən mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.