"Real" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Madrid təmsilçisi "Çelsi"dən Mark Kukurelyanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspan müdafiəçi ilə 6 illik müqavilə imzalanacaq.
Kukurelya daha əvvəl İspaniyada "Barselona"nın formasını geyinib.
Cinah müdafiəçisi başa çatan mövsümdə "Çelsi" ilə Premyer Liqada 34 oyuna çıxıb.