"Kəpəz"dən ayrılan Məmməd Hüseynov "Şəfa" ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi 27 yaşlı qapıçı ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan Məmməd Hüseynov son olaraq Gəncə klubunun formasını geyinib. O, karyerası ərzində "Zirə"də də çıxış edib.