Bu gün ABŞ-nin Mayami şəhərində FIFA İcraedici Futbol Sammiti keçirilir. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA Dünya Çempionatı – 2026 çərçivəsində təşkil olunan tədbirdə assosiasiyanı baş katib Cahangir Fərəcullayev təmsil edir.
Tədbir zamanı gənc futbolçuların inkişafı və strategiyaya həsr olunmuş rəsmi sessiyalar keçirilib, eləcə də, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.