PSV-nin yarımmüdafiəçisi İsmael Saibari karyerasını "Bavariya"da davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, Münhen klubu 25 yaşlı mərakeşli futbolçu üçün 55 milyon avroluq transfer haqqı barədə razılığa gəlib. Oyunçunun müqavilə bağlanmazdan əvvəl tibbi müayinədən keçəcək.
Ötən mövsüm Saibarı Niderland klubunun heyətində bütün turnirlərdə 37 oyun keçirib, 19 qol vurub və 8 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Saibari DÇ-2026-da, iyunun 14-də Braziliyaya qarşı (1-1) ilk oyununda qol vurub.