Fransa millisinin sabiq üzvü və "Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan DÇ-2026-nın qrup mərhələsi çərçivəsində keçiriləcək Fransa - Seneqal matçını izləməyəcək. Sport24.az xəbər verir ki, bu barədə "Actu Foot" saytı məlumat yayıb. 

 

Fransalı əfsanə Əlcəzair-Argentina oyununa yollanacaq. Zidan Əlcəzair komandasının formasını geyinən oğlu Lukanın oyununu canlı izləməyi planlaşdırır.

 

Qeyd edək ki, iyunun 11-də start götürən dünya çempionatına iyulun 19-da yekun vurulacaq.