Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-da mümkün siyasi karyerası ilə bağlı sualı cavablandırıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Le Parisien" qəzetinə verdiyi müsahibədə bildirib:

 

"Xeyr, narahat olmayın, mən prezident olmayacağam. Onsuz da mənə kifayət qədər nifrət edirlər".

 

Qeyd edək ki, Fransa millisi 2026-cı il dünya çempionatında I qrupunda çıxış edəcək. Didye Deşamın komandası Seneqal, İraq və Norveçlə qarşılaşacaq.