İsveç millisi DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda Tunisi 5-1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, qarşılaşma Meksikada keçirilib.
İsveçli Mattias Svanberq 84-cü dəqiqədə, əvəzetmədən meydana çıxdıqdan 17 saniyə sonra adını tabloya yazdırıb. Amma bu rekord deyil.
MisterChip portalının məlumatına görə, bu göstəricidə rekord DÇ-2002-də qeydə alınıb. Uruqvay millisinin futbolçusu Riçard Morales Seneqal ilə 3-3 hesabı bitən görüşdə əvəzetmədən meydana çıxdıqdan 16 saniyə sonra fərqlənib.