Mark Rene Mampassi "Turan Tovuz"un Türkiyənin paytaxtı Ankarada keçirilən təlim-məşq toplanışına qatılmayıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı müdafiəçi hazırda komandanın hazırlıq prosesindən kənarda qalıb.

Mampassi ötən mövsümün ikinci yarısında icarə əsasında Tovuz təmsilçisinin formasını geyinib.

Futbolçunun müqaviləsində satınalma bəndi mövcud olsa da, onun tamhüquqlu transferi üçün "Turan Tovuz" əvvəlcə oyunçunun məxsus olduğu Rusiyanın "Lokomotiv" (Moskva) klubu ilə anlaşmalıdır.

Ukraynanın "Şaxtyor" klubunun yetirməsi olan müdafiəçinin Moskva təmsilçisi ilə müqaviləsi ilin sonunda başa çatır. Bu amil isə Azərbaycan klubunun transfer planlarını asanlaşdıra bilər.

Mənbənin bildirdiyinə görə, futbolçunun öz qərarı da həlledici olacaq. Onun Azərbaycanda qalmağa razı olması halında keçidin reallaşma ehtimalı artır, əks halda transferin baş tutmaması mümkündür.