Sağ cinah müdafiəçisi Pedro Porro "Tottenhem"də qalacaq. Sport24.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, onun müqaviləsi uzunmüddətli uzadılıb. 

 

26 yaşlı ispaniyalı oyunçu 2023-cü ilin əvvəlində "Sportinq"dən icarə əsasında İngiltərə klubuna keçib. Altı ay sonra isə "Tottenhem" onu 40 milyon avroya alıb.

 

Qeyd edək ki, Porro ötən mövsüm London klubunda 47 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Müdafiəçi İspaniya millisində 18 oyunda meydana çıxıb.