Arif Əsədov "Kəpəz"in baş məşqçisi postuna təyin olunmayacaq. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, mütəxəssislə Gəncə təmsilçisi arasında danışıqlar aparılıb.
Tərəflər arasında müzakirələr müəyyən mərhələyə qədər irəliləsə də, Arif Əsədov son anda təklifi qəbul etməmək qərarına gəlib.
Beləliklə, "Kəpəz"in baş məşqçi postuna namizədlərdən biri hesab olunan mütəxəssisin Gəncə klubuna rəhbərlik etməsi baş tutmayacaq.
Qeyd edək ki, "Kəpəz" hazırda yeni baş məşqçi axtarışlarını davam etdirir və yaxın günlərdə bu məsələyə aydınlıq gəlməsi gözlənilir.