Fransa təmsilçisi PSJ-nin baş məşqçisi Luis Enrike klubla yeni müqavilə imzalamağa yaxındır. Sport24.az xəbər verir ki, tərəflər artıq bütün əsas şərtlər üzrə razılığa gəliblər.

 

Yeni müqavilənin müddətinin 2030-cu ilə qədər qüvvədə olması gözlənilir.

 

Mənbə bildirir ki, bu anlaşma ispan mütəxəssisi Avropanın ən çox qazanan məşqçilərindən birinə çevirəcək.

 

Qeyd edək ki, Luis Enrikenin rəhbərliyi altında PSJ 2025-ci ildə UEFA Çempionlar Liqası da daxil olmaqla ümumilikdə 10 titul əldə edib.