"Liverpul"un hücumçusu Darvin Nunyes karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az "Todofichajes"ə istinadən xəbər verir ki, "Atletiko" uruqvaylı futbolçunun xidmətində maraqlıdır.
Yay "transfer pəncərəsi" dönəmində Nunyesin Madrid klubuna keçidi rəsmiləşə bilər.ndə tamamlana bilər.
Qeyd edək ki, 25 yaşlı forvard cari mövsümdə İngiltərə Premyer Liqasında 25 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "Liverpul"la müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatır.