Səudiyyə Ərəbistanı Pro Liqasının XXVI turunda "Abha" "Əl-Nasr"ı qəbul edib. Matç Kriştianu Ronaldonun komandasının 8:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Sport24.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı 3 qolun müəllifi olub. 

 

Qeyd edək ki, 25 turdan sonra 59 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider isə "Əl-Hilal"dı. 12 xalı var.