"Benfika"nın baş məşqçisi Joze Mourinyonun nümayəndələri "Real" rəhbərliyi ilə əlaqə saxlayaraq məşqçinin xidmətlərini təklif ediblər. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Mourinyonun agentləri Madrid klubunun rəsmilərinə bildiriblər ki, onun "Benfika" ilə müqaviləsində qarşılıqlı razılaşma əsasında sərbəst qalma bəndi var. 

 

Qeyd edək ki, portuqaliyalı məşqçi 2010-dan 2013-cü ilə qədər "Real"ın "sükanı arxasında" olub. Komanda onun rəhbərliyi altında La Liqa, Kral Kuboku və İspaniya Super Kubokunu qazanıb. O, həmçinin 2011-ci ildə FIFA-nın "Dünyada ilin məşqçisi" mükafatına layiq görülüb.