"Yuventus", "Milan" və "İnter" A Seriyasında komanda sayının 18-ə endirilməsini istəyirlər. Sport24.az xəbər verir ki, hər üç klub məsələ ilə bağlı İtaliya Futbol Federasiyasına müraciət ediblər.

 

Buna martın 11-də ölkə futbolunun strukturundakı dəyişikliklərə həsr olunacaq federasiyanın növbədənkənar iclasında baxıla bilər.

 

Qeyd edək ki, 2004-cü ildən İtaliya çempionatı 20 komandanın iştirakı ilə keçirilir. Ondan əvvəl isə iştirakçı sayı 18 olub.