Fələstin Futbol Federasiyası (PFA) təşkilatın baş katibi Firas Əbu-Hilalın İsrail tərəfindən saxlanılması ilə əlaqədar Beynəlxalq Futbol Federasiyası (FIFA) və Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edib. Sport24.az xəbər verir ki, bu barədə PFA-nın mətbuat xidməti məlumat yayıb.

 

"Federasiyanın baş katibinin 4 saatdan artıq saxlanılması Olimpiya Xartiyası, bütün beynəlxalq və idman qayda və qanunlarının açıq şəkildə pozulmasıdır. Biz beynəlxalq və regional idman qurumlarının pozuntulara son qoyulmasını təmin etməsini tələb edirik".

 

Qeyd edilib ki, bu, baş katibin saxlanılması ilə bağlı birinci hal deyil.