FİFA prezidenti Canni İnfantino Cənub-Şərqi Asiya ölkələri üçün yeni futbol turnirini - ASEAN Kubokunu (Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası) təqdim edib. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumu məlumat yayıb.

 

"ASEAN Kuboku ölkələri bir araya gətirir və bu turnir böyük uğur qazanacaq. Bu, millilərin regionundakı mövqeyini gücləndirməyə və Cənub-Şərqi Asiyada futbolun inkişafına dəstək olmağa kömək edəcək", - deyə İnfantino Malayziyada keçirilən təqdimat mərasimində bildirib.

 

Qeyd edək ki, ASEAN Kuboku artıq Cənub-Şərqi Asiyada keçirilir və hər iki ildən bir təşkil olunur. Son çempion 2024-cü il finalında Taylandı məğlub edən Vyetnamdır.