İngiltərədə Federasiya kubokunun finalçıları bəlli olub. Sport24.az xəbər verir ki, həlledici matçda Mançester derbisi baş tutacaq.

 

İlk yarımfinalda "Mançester Siti" "Çelsi"ni məğlub edib. Digər cütdə "Mançester Yunayted" penalti seriyasında Çempionşip təmsilçisi "Koventri"ni məğlub edib. 

 

Qeyd edək ki, final matçı mayın 25-də "Uembli" stadionunda olacaq.