FIFA referisi Slavko Vinçiç karyerasını bitirib. Sport24.az xəbər verir ki, bu barədə sloveniyalı hakim özü açıqlamasında deyib.

Vinçiç son olaraq DÇ-2026-da İspaniya ilə Argentina arasında baş tutan final matçını idarə edib. O, ispanların 1:0 hesabıyla qalib gəldiyi görüşdə argentinalı Enzo Fernandesi qırmızı vərəqə ilə meydandan qovub.

 

Vinçiç 2010-cı ildən FIFA referisi idi.