İngiltərənin "Mançester Siti" klubu "Lill"in gənc yarımmüdafiəçisini heyətinə qatmaq üçün danışıqları sürətləndirib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib

Məlumata görə, hazırda həm "Lill", həm də futbolçunun nümayəndələri ilə danışıqlar aparılır. Premyer Liqa təmsilçisi transferi digər maraqlı klublardan əvvəl yekunlaşdırmağa çalışır.

Tərəflər futbolçunun bu yay "Mançester Siti"yə keçidi və ya 2027-ci ildə transferin reallaşdırılması variantlarını müzakirə edirlər. Hələlik yekun qərar verilməyib.