FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Dinamo Siti" (Albaniya) – "Aluminiy" (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

  Qeyd edək ki, iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.