İngiltərənin "Arsenal" klubu heyətini daha bir gənc futbolçu ilə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, London təmsilçisi "Kardiff Siti"nin 16 yaşlı cinah oyunçusu Aksel Donçevin transferi ilə bağlı razılıq əldə edib.

Gənc futbolçu artıq Londonda tibbi müayinədən uğurla keçib və bu həftə "Arsenal"la rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Donçev 2025-ci ilin oktyabrında EFL Trophy turnirində meydana çıxaraq "Kardiff Siti" tarixinin ən gənc futbolçusu kimi klub rekorduna imza atmışdı.