Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək. Sport24.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, komanda bu gün Afinaya yola düşüb.
İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı zamanı millinin yoxlama oyunları keçirməsi də nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları avqustun 21-dən 28-nə qədər Milli Gimnastika Arenasında keçiriləcək.