Kabo-Verde millisinin futbolçusu Helio Varelanın hansı kluba keçəcəyi yenidən gündəmə gəljb. Sport24.az xəbər verir ki, Türkiyənin "Transfersturk" platforması bu barədə məlumat yayıb.
İddiaya görə, "Qarabağ"la "Samsunspor" arasında 24 yaşlı futbolçunun keçidi uğrunda rəqabət getdikcə artır.
Bildirilib ki, hər iki klub transferi qısa müddətdə yekunlaşdırmaq üçün danışıqları davam etdirir. Hazırda əsas diqqət vingerin verəcəyi qərara yönəlib.
Qeyd edək ki, Helio Varela hazırda İsrailin "Makkabi" (Tel-Əviv) klubunda çıxış edir. O, DÇ-2026-da bir qola da imza atıb.