"Real" Joze Mourinyonun planlarına daxil olmayan 3 futbolçu ilə vidalaşmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, Madrid klubu müdafiəçi Raul Asensio və hücumçular Qonsalo Qarsiya, Franko Mastantuono ilə yollarını ayırmaq niyyətindədir. Asensionun klubda qalmaq istədiyi bildirilsə də, bu, çətin görünür. Agenti Xorxe Mendeş artıq müdafiəçi üçün yeni klub axtarır. Qarsiya və Mastantuono isə yaxın günlərdə - müvafiq olaraq daimi və ya icarə əsasında - klubdan ayrılacaqlarını bilirlər.

 

Onlardan başqa, yarımmüdafiəçilər Brahim Dias və Eduardo Kamavinqa da Mourinyonun "qara siyahısındadı". Hər iki futbolçunun gələcəyi ilə bağlı bütün suallara yaxın günlərdə aydınlıq gələcək.