Türkiyənin "Qalatasaray" klubu Camal Musiala ilə bağlı yayılan transfer iddialarına münasibət bildirib. Sport24.az xəbər verir ki, bu barədə "A Spor" məlumat yayıb.

İstanbul təmsilçisi Almaniya millisinin və "Bavariya"nın ulduz futbolçusu ilə danışıqların aparılması barədə xəbərlərin həqiqəti əks etdirmədiyini rəsmən açıqlayıb.

Klubun bəyanatında bildirilib ki, tərəflər arasında heç bir danışıq aparılmır. Həmçinin qeyd olunub ki, Musiala da cari yay "transfer pəncərəsi"ndə "Bavariya"dan ayrılmağı düşünmür.