"Əl-Hilal "Everton"un hücumçusu İliman Ndiayın transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial şəbəkə hesabında məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, 26 yaşlı seneqallı ilə bağlı danışıqlar ilkin mərhələdədir. Razılaşma "Everton"un mövqeyindən asılıdır, oyunçu isə ilkin danışıqlara açıqdır.

 

Ndiay 2024-cü ilin iyulundan İngiltərə təmsilçinin formasını geyinir. Onun klubla mövcud müqaviləsi 2029-cu ilin yayına qədərdir. 

 

Qeyd edək ki, seneqallı forvard 2025/26 mövsümündə meydana çıxdığı 34 matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer dəyərini 55 milyon avro qiymətləndirir.