Birinci Liqada çıxış edən "Zaqatala"nın  baş məşqçi Rüstəm Məmmədov postundan ayrılıb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

Məmmədov klub rəhbərliyinin ona yeni müqavilə təklif etdiyini, ancaq fikrindən daşınmadığını bildirib. O, karyerasında yeni mərhələyə başlamaq qərarına gəldiyini qeyd edib.

 

Qeyd edək ki, Məmmədov son doqquz ildə "Zaqatala"da çalışıb.