"Beşiktaş" bu gün Məhəmməd Salahın transferini elan edə bilər. Sport24.az xəbər verir ki, bu barədə türkiyəli insayder Atakan Kurt "X" sosial media hesabında paylaşım edib. 

 

Mənbənin sözlərinə görə, klub artıq misirli futbolçunun adını daşıyan formalar hazırlayıb və transfer üçün bütün təşkilati hazırlıqları başa çatdırıb.

 

Bu gün transferin rəsmi elan olunacağı gözlənilir. Bundan sonra Salahın hava limanında rəsmi qarşılanması, ardınca isə "Beşiktaş" stadionunda müqavilə imzalama mərasiminin keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, Salah bu yay "Liverpul"dan ayrılıb və hazırda azad agent statusu daşıyır.