"Marsel" "Real"ın müdafiəçisi Raul Asensio ilə müqavilə imzalaya bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, Fransa klubu 23 yaşlı futbolçunu sonradan 15 milyon avroya almaq şərti ilə icarəyə götürməyi planlaşdırır. Daimi transfer halında "Kral klubu" futbolçunun sonrakı satışından da pay sahibi olmaq istəyir.
Qeyd edək ki, Asensio 2025/26 mövsümündə madrid təmsilçisinin heyətində meydana çıxdığı 34 matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı 2031-ci ilə qədərdir. Transfermarkt müdafiəçinin dəyərini 20 milyon avro olaraq qiymətləndirir.