Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədov karyerasını böyük ehtimalla "Kəpəz" və ya "Şamaxı"da davam etdirəcək. Sport24.az-ın əldə etdiyi məlumata görə, 30 yaşlı futbolçu hazırda hər iki klubun maraq dairəsindədir.

 

Tərəflər arasında danışıqlar davam edir və yaxın günlərdə onun gələcək karyerasına aydınlıq gələcəyi gözlənilir.

 

Qeyd edək ki, Rahil Məmmədov ötən mövsümün sonunda "Araz-Naxçıvan"la yollarını ayırıb. Təcrübəli müdafiəçi daha əvvəl "Neftçi", "Səbail", "Qarabağ" və Polşanın LKS klublarında da çıxış edib.