Bolqarıstanın ÇSKA klubunun sabiq futbolçusu Georgi Georgiyev açıqlama verib. Sport24.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan mütəxəssis Sofiya təmsilçisinin Avropa Liqasında "Qarabağ"la heç-heçə etdiyi oyuna (0:0) toxunub:

 

"Onlar Bakıdakı oyunlarıyla məni təəccübləndirdi. Çünki çox yaxşı oynadılar. Məncə, cavab matçında da eyni performansı göstərməlidirlər. İlk oyun göstərdi ki, "Qarabağ" o qədər də böyük deyil. Sadəcə mediada yaxşı təbliğ olunurlar. "Qarabağ"ın oyununda dəhşətli bir şey görmədim. Sadəcə 2-3 yaxşı oyunçuları var. Ümumi baxanda, bərabər matç keçdi, bəlkə, ÇSKA daha üstün oynadı. Cavab görüşündə də qələbə qazanmaq lazımdır ki, Avropa yolumuz uzansın".

 

"Qarabağ" ilə ÇSKA arasındakı cavab görüşü iyulun 30-da Bolqarıstanda keçiriləcək.