"Qarabağ"ın Avropa Liqasındakı rəqibi ÇSKA bu gün Bolqarıstan çempionatında növbəti oyuna çıxacaq. Sport24.az xəbər verir ki, Xristo Yanevin rəhbərlik etdiyi kollektiv "Botev"lə qarşılaşacaq. Matça saat 22:15-də start veriləcək.

 

ÇSKA çempionatda bir turdan sonra bir xalla 11-ci sıradadır.

 

"Qarabağ" ilə ÇSKA arasında II təsnifat mərhələsinin cavab oyunu iyulun 30-da Bolqarıstanda baş tutacaq. İlk matçda qolsuz heç-heçə qeydə alınıb.