"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az "Diario Sport"-a istinadən xəbər verir ki, niderlandlı futbolçunun xidmətində "Çelsi" maraqlıdır.

 

London təmsilçisi 26 yaşlı oyunçu üçün yayda İspaniya klubuna 100 milyon avroluq təklif göndərəcək.

 

Qeyd edək ki, "Barselona" Frenki de Yonqu 2019-cu ilin yayında "Ayaks"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 22 matçda 1 qol vurub.