Bu gün AVRO-2024-ün final mərhələsinin püşkü atılacaq. Sport24.az xəbər verir ki, Hamburqdakı mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və İTV ilə canlı yayımlanacaq. 

Püşkatmaya 21 milli komanda qatılacaq. Son üç vəsiqənin sahibi UEFA Millətlər Liqasında pley-off mərhələsindən sonra bəlli olacaq. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.

 

AVRO-2024 səbətlər

I Səbət: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

II Səbət: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

III Səbət: Niderland, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

IV Səbət: İtaliya, Serbiya, İsveçrə, A Yolunda pley-off qalibi, B Yolunda pley-off qalibi, C Yolunda pley-off qalibi

 

Xatırladaq ki, final mərhələsi 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.