"Mançester Yunayted"in yarımmüdafiəçisi Karlos Kazemiro karyerasını ABŞ-də davam etdirə bilər. Sport24.az "ESPN" istinadən xəbər verir ki, "İnter Mayami" braziliyalı futbolçunun transferini yekunlaşdırmaq üçün danışıqları davam etdirir.

Mənbənin sözlərinə görə, Kazemironun xidmətində təkcə Mayami klubu yox, həmçinin MLS-in digər təmsilçisi "LA Qalaksi" və Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu da maraqlı olub. Lakin ulduz futbolçunun əsas seçimi məhz Lionel Messinin də formasını geyindiyi "İnter Mayami"dir.

Qeyd edək ki, ​34 yaşlı yarımmüdafiəçi yanvarda "Mançester Yunayted"dən ayrılacağını açıqlamışdı. Onun İngiltərə klubu ilə müqaviləsi iyunun 30-da başa çatır və futbolçu ABŞ təmsilçisinə azad agent kimi qoşula bilər.