"Qarabağ" kimi böyük bir kluba qoşulmaq mənim üçün şərəfdir". Sport24.az-ın məlumatına görə, bu sözləri Ağdam təmsilçisinin yeni transferi Jali Muaddib sosial şəbəkə hesabında yazıb. 

 

25 yaşlı vinger bunları yazıb: 

 

"Mənə göstərdiyiniz etimada görə təşəkkür edirəm. Özümü xoşbəxt və qürurlu hiss edirəm.
Mövsümün başlamasını səbirsizliklə gözləyirəm, tezliklə görüşənədək".


Qeyd edək ki, "Qarabağ" Jali Muaddiblə 3 illik müqavilə imzalayıb.