"Rəsmi təklif olmadığından fikir bildirmək istəmirəm". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan" və "Qəbələ"nin sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Mütəxəssis adının Misli Premyer Liqasındakı klublarla yanaşı hallanmasına münasibət bildirib:
"Heç bir klubla danışıq aparmamışam. Bu yöndə hələ ki, heç bir yenilik yoxdur".
Baxşıyev azərbaycanlı çalışdırıcılara kifayət qədər zaman verilməməsinə də toxunub:
"Bunun səbəbini məşqçilərdən yox, daha çox klub rəhbərlərindən soruşsalar, cavabını bilmək mümkün olar".