"Bavariya" "Mançester Siti"nin müdafiəçisi Con Stounz üçün hərəkə keçib. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Almaniya nəhəngi yay "transfer pəncərəsi"ndə 31 yaşlı müdafiəçini rənglərinə bağlamağı planlaşdırır. Keçid baş tutacağı təqdirdə, İngiltərə millisinin üzvü Münhendə tanış simalarla qarşılaşacaq. O, həm "Mançester Siti"dən sabiq komanda yoldaşı, hazırda "Bavariya"nı çalışdıran Vinsent Kompani ilə, həm də yığmadakı kapitanı Harri Keynlə eyni komandada çıxış edəcək.

Qeyd edək ki, Con Stounz 2016-ci ilin yayından "Mançester Siti"nin formasını geyinir. O cari mövsümdə bütün turnirlərdə 17 oyunda iştirak edib. Futbolçunun İngəltərə klubu ilə müqaviləsi bu ilin yayında qədə qüvvədədir.