Növbəti mövsüm üçün transfer çalışmalarına start verən "Neftçi" ilk keçidini reallaşdırmaq istəyir. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
"Ağ-qaralar" braziliyalı cinah oyunçusu Davi Qabriellə maraqlanır.
28 yaşlı futbolçu həm cinah müdafiəçisi, həm də vinger kimi oynaya bilir. O, ölkəsinin C Seriyasında çıxış edən "Brusque"yə məxsusdur.
Qeyd edək ki, "Neftçi" növbəti mövsüm UEFA Konfrans Liqasında çıxış edəcək.