"Çelsi"nin sükanı arxasına keçməyə hazırlaşan Xabi Alonso gələcək planları ilə bağlı maraqlı açıqlamalar verib. Sport24.az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssis London klubunu böyük bir layihə adlandırıb:
"Bu, gözəl layihədir. Həyəcanlıyam və işə başlamağa hazıram. Yaxşı komanda quracağıq".
Təcrübəli çalışdırıcı digər nəhəng klubların "Çelsi"nin futbolçularına böyük maraq göstərdiyini də gizlətməyib. Alonsonun sözlərinə görə, xüsusilə "Barselona" "zadəganlar"ın bir neçə ulduzunu yaxından izləyir:
"Böyük klubların oyunçularımıza marağı var. "Barselona" xüsusilə Joao Pedro, Enzo Fernandes və Mark Kukurelyanı heyətinə qatmaq istəyir".
İspaniyalı mütəxəssisə "Real" barədə verilən suala konkret cavab verməkdən yayınıb:
"Real? Xeyr, xeyr, xeyr... Bu barədə heç nə deyə bilmərəm".