"Beşiktaş"ın transfer siyahısında yer alan Arman Loryante İtaliyada qalacaq. Sport24.az xəbər verir ki, "Sassuolo" fransalı futbolçunun müqaviləsinin müddətini uzadıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

27 taşlı vingerlə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

 

Qeyd edək ki, "Sassuolo" Arman Loryanteni 2022-ci ilin yayında "LLoryan"dan 10 milyon avroya transfer edib. Təcrübəli oyunçu cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.