"Barselona"nın hücumçusu Lamin Yamalın İspaniyanın DÇ-2026-da ilk oyununa hazır olacağı gözlənilir. Sport24.az xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.

 

Xatırladaq ki, futbolçu La Liqanın 33-cü turunda "Selta"ya (0:1) məğlub olduqları oyunda zədə alıb. Yamala bud əzələsinin cırılması diaqnozu qoyulub.

 

Yamalın zədəsinin bərpası gözləniləndən daha yaxşı getdiyi bildirilir.

 

Qeyd edək ki, İspaniya DÇ-2026-da ilk oyununu Kabo Verdeyə qarşı keçirəcək. İspanların H qrupunda digər rəqibləri isə Uruqvay və Səudiyyə Ərəbistanı olacaq.