Madrid "Atletiko"su "Yuventus"dan cinah yarımmüdafiəçisi Niko Qonsalesi transfer etmək üçün 25 milyon avroluq müqavilə üzərində işləyir. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

 

Argentinalı futbolçu artıq Madrid klubu ilə 2031-ci ilə qədər şəxsi müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Atletiko" ötən il yay "transfer pəncərəsi"nin sonunda Niko Qonsalesi "Yuventus"dan icarəyə götürüb. O, Dieqo Simeonenin komandasında ümumilikdə 39 oyunda iştirak edib və beş qol vurub.