"Bavariya"nın idman direktoru Maks Eberl Yulian Naqelsmannı komandanın baş məşqçisi təyin etmək istədikləri barədə məlumatlara münasibət bildirib. Sport24.az xəbər verir ki, o, Naqelssmannın xidmətində maraqlı olduqlarını təkzib etməyib: 

 

"Bilirəm ki, bu, bütün ictimaiyyət üçün maraqlıdır. Mən kifayət qədər tez-tez demişəm ki, biz necə variantı nəzərdən keçiririk. Amma ad çəkməyəcəyəm".

 

Qeyd edək ki, Naqelsmann 2023-cü ilin sentyabrından Almaniya millisinə rəhbərlik edir. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyulun sonuna kimidir. Milli komandaya qədər o, "Bavariya", "Leypsiq" və "Hoffenhaym"ı çalışdırıb.