Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək "Barselona" – "İnter" oyununa təyinatlar açıqlanıb. Sport24.az xəbər verir ki, görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Kleman Turpin olacaq. Ona yan xətt hakimləri Nikolas Danos və Benjamin Paj kömək edəcəklər.
VAR-da Villi Delaju olacaq. Ona Françis Leteksye kömək edəcək.
Matça saat 23:00-da start veriləcək.