İngiltərə Futbol Liqası (EFL) "Hall Siti"yə transfer qadağası qoyub. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, türkiyəli iş adamı Acuna məxsus klub vergidən yayınmaqda ittiham olunur. Söhbət təxminən 1 milyom funt-sterlinqdən gedir. Kluba üç "transfer pəncərəsi"ni əhatə edəcək sanksiya tətbiq olunub.

 

Qeyd edək ki, "Hull Citi" 2024/25 mövsümünü Çempionşipdə 21-ci yerdə başa vurub.